Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiya Minsk Qrupundakı təmsilçisini niyə dəyişdi?

Baxılıb: 640     Tarix: 30-07-2021 13:13   

Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb, tərəfləri sakitliyə dəvət edir.
Missiyası Qarabağ münaqişəsinin həlli ilə bağlı olan Minsk Qrupunun sərhəd məsələsinə münasibət bildirməsi təəccüblü olduğu qədər də bəllidir: həmsədr ölkələr münaqişə bitsə də, bu institut üzərindən bölgədəki maraqlarını həyata keçirməyə çalışır, sərhəd gərginliyini yeni fürsət olaraq görürlər.
Burada iki əhəmiyyətli məqam var:
Birincisi, sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin arxa plana keçməsi, “fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun da gündəminin dəyişməsidir.
İkincisi, Minsk Qrupunun Qarabağdakı reallığı qəbul etməyə məcbur olmasıdır.
Rəsmi Bakı Minsk Qrupuna artıq ehtiyac olmadığını, fəaliyyət göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcəyini bəyan edib. May ayında sərhəddə başlanan gərginlikdən sonra Minsk Qrupu fəaliyyətini (iyunun 2-də Vyanada Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdilər və növbəti dəfə bu gün bəyanat verdilər) bu istiqamətə yönləndirir.
Bu, Bakının postmünaqişə strategiyasına uyğundur.
Diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk Qrupundakı həmsədrini dəyişməsidir: İqor Popovu İqor Xovayev əvəzlədi.
Bu əvəzləmə Rusiyanın Minsk Qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər. Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin bitdiyi və Minsk Qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni rusiyalı həmsədrin fəaliyyəti də Minsk Qrupunu bu istiqamətdə yönləndirmək ola bilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar