Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“İki il keçib və hələ də orada erməni əsgərlər var" - "İrəvan sülh istəyib-istəmədiyinə qərar verməlidir” + VİDEO

Baxılıb: 868     Tarix: 23-08-2022 15:05   

"Cənubi Qafqazda sülhün açarı Ermənistanla Azərbaycan arasında sülh sazişidir". 

Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında dörd danışıqlar olub. Söhbət əlaqələrin tədricən normallaşmasından gedir. Azərbaycanın qələbəsindən sonra Türkiyə Cənubi Qafqazda uzunmüddətli sülh üçün çalışır. Bu istiqamətdə addımlar davam edir. Söhbət Ermənistanla hava əlaqəsinin bərpasından və s. gedir. Ticarət sahəsində müəyyən səylər göstərilib”, - deyə türkiyəli nazir bildirib.
Eyni zamanda o, Ankara ilə İrəvan arasında dialoqu Ermənistan və Azərbaycan arasındakı təmaslardan təcrid olunmuş şəkildə təqdim olunmasını subyektiv cəhdlər adlandırıb.

“Cənubi Qafqazda uzunmüddətli sülhün açarı Ermənistan və Azərbaycan arasında genişmiqyaslı sülh sazişidir. Bakı öz təşəbbüslərini açıqladı, İrəvan isə buna cavab vermədi. İşə başlamaq üçün birgə komissiya yaradılıb. Söhbət Zəngəzur dəhlizindən gedir.  Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi?Bİrəvan sülh istəyib-istəmədiklərinə qərar verməlidir” - deyə, Çavuşoğlu vurğulayıb.

Nazir qeyd edib ki, erməni qoşunları iki ildən sonra hələ də Azərbaycan ərazisini tərk etməyiblər: “Ermənistanın normallaşma prosesində qeyri-səmimiliyi hamıya aydındır. İrəvan bilməlidir ki, Ankaranın Bakıdan heç bir gizli planı yoxdur. Biz sülh tərəfdarıyıq... Anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma iki il keçib və hələ də orada erməni əsgərlər var”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar