Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Putinin məktubunda nələr var?

Baxılıb: 381     Tarix: 23-12-2022 11:26   

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının lideri Dmitri Medvedev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşüb. Medvedev Rusiya Prezidenti Vladimir Putinin məktubunu Si Cinpinə çatdırıb.
Si Cinpin Dmitri Medvedevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Çin Kommunist Partiyası “Vahid Rusiya” Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğulamaq üçün Pekinə səfər etməyin mənası yox idi”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Putinin məktubunda nələr var?” adlı yazısında bildirib.
O qeyd edib ki, Medvedev Si Cinpinlə Pekində görüşərkən Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşürdü: “Kreml Medvedevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-yə səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Volodimir Zelenskinin ABŞ-yə səfəri və Konqresdəki çıxışı Medvedevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq”.
Şahinoğlu bildirib ki, Medvedevin Cinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub: “Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Si Cinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir.
Politoloq əlavə edib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir: “Kreml belə vəziyyətdə dünyanın ən böyük bazarı olan Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır. Əsas sual budur: Putinin Si Cinpinə göndərdiyi məktubda nələr var? Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsi vacibliyinin yazıldığını bildirirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar