Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Şağan qəsəbəsində yerləşən tarixi abidələrin daxili və ətraf ərazilərində genişmiqyaslı təmizlik və abadlıq işləri aparılmışdır

Baxılıb: 1 973     Tarix: 22-08-2025 12:37   

Xəzər rayonu Mərdəkan bələdiyyəsi tərəfindən Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 1895-ci ildə tikilmiş Atababa hamamının və 1320-ci ildə tikilmiş Pirqulu türbəsinin (Alban abidəsi) daxili və ətraf ərazilərində genişmiqyaslı təmizlik  və abadlıq işləri aparılmışdır.
 Görülən işlər çərçivəsində hər iki abidənin ətrafında qalaqlanan tullantılar və qurumuş bitki qalıqları daşınıb, ərazilər alaq otlarından təmizlənilmişdir. Qədim hamamın içərisində də sanitar-gigiyenik işlər həyata keçirilmişdir. Nəticədə hər iki tarixi məkanın ümumi görünüşü daha səliqəli vəziyyətə gətirilmişdir.
  Pirqulu türbəsinə yeni qapı qoyulmuş, Atababa hamamının qiriş qapısının isə yaxın vaxt ərzində yenisi ilə əvəzlənməsi nəzərdə tutulmuşdur.
   Həmçinin, görülən işlərlə yanaşı sözügedən əraziyə 800 kv. metr asfalt örtüyü salınmışdır.


Qəni Hüseynov

 

Qanunvehedef.az



{sape_links}{sape_article}