Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Donald Tramp Müdafiə Nazirliyinin adını dəyişmək istəyir

Baxılıb: 791     Tarix: 26-08-2025 13:33   

ABŞ Prezidenti Donald Tramp ölkənin Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” olaraq dəyişdirmək niyyətindədir.
Qanunvehedef.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüşündə danışıb.
“Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişmək üçün Konqressin aktı tələb olunur. Lakin mən sadəcə bunu etməyə hazırlaşıram. Düşünürəm ki, buna ehtiyac yoxdur, amma lazım gələrsə, Konqress bunu dəstəkləyəcək”, - deyə Tramp bildirib.
ABŞ lideri xatırladıb ki, qurum Birinci və İkinci Dünya müharibələri zamanı həmin adı daşıyıb.
O əlavə edib ki, “Müharibə Nazirliyi” adı daha əzəmətli səslənir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar