Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

Baxılıb: 531     Tarix: 28-08-2025 09:58   

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Qanunvehedef.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır:
"Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Eyni zamanda piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırır.

 Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar