Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şağan qəsəbə sakinləri ilə səyyar görüş keçirilib

Baxılıb: 3 063     Tarix: 27-08-2025 15:50   

27 avqust  2025-ci il tarixində Şağan qəsəbəsi, Şağan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
  Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
 Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib
  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
  Səyyar görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şağan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, həmçinin qəsəbə sakinlərini narahat edən problemlərinin yerində öyrənilməsi məqsədilə əraziyə baxış keçirib və müraciətləri dinləyib.

Qəni Hüseynov

 шаблоны для dle 11.2