Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Baxılıb: 806     Tarix: 28-08-2025 10:47   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək.
Qanunvehedef.az Musavat.com-a istinadla xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu möhtəşəm tədbirdə ümumilikdə 26 xarici ölkə lideri iştirak edəcək.
Onların sırasında Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen İn, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif və digər dövlət başçıları da yer alacaq.
Qələbə Paradı Pekinin Tyananmen meydanında təşkil ediləcək və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində, həmçinin İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunacaq. Tədbir çərçivəsində genişmiqyaslı hərbi yürüş, Çin ordusunun müasir texnikalarının nümayişi və rəsmi mərasimlər keçiriləcək.
Beləliklə, Pekində keçiriləcək bu yubiley paradı beynəlxalq siyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin də yüksək səviyyədə iştirak etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun və Çinlə əlaqələrinin önəmini bir daha təsdiqləyir.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar