“Ermənistanda 3000 “vaqner”çini, çox güman ki, görərdilər”
Baxılıb: 501 Tarix: 13-09-2023 11:48
Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Ermənistanda “Vaqner” özəl hərbi şirkətinin 3000 döyüşçüsünün olması və onların Baş nazir Nikol Paşinyanı devirməyi planlaşdırması ilə bağlı yayılan məlumatları mif adlandırıb.
Qanunvehedef.az “News.am”a istinadən xəbər verir ki, Zaxarova bu barədə bu gün keçirdiyidi brifinqdə danışıb.
“Onların fotoları, videoları var? Nəyin əsasında bu cür açıqlamalar edilib? Bəs nəyə görə cəmi 3 min? Nəyə görə 3 kvadrilyon və ya 1,5 insan yox? Bütün bunlar haradandır, faktlar hanı? Bu qədər insandan söhbət gedirsə, bəs onlar hanı? Axı burada söhbət əhalisi milyard olan ölkədən getmir. Bu, əhalisinin miqyası o qədər çox olan ölkə deyil. Onları, çox güman ki, görərdilər”, - deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın “Baqramyan 26” teleqram kanalı sözügedən məsələ barədə məlumat yayıb. Bildirilib ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin ölümündən əvvəl Ermənistanda şirkətin təqribən 3000 muzdlu döyüşçüsü olub: “Paşinyanın Rusiya əleyhinə son açıqlamalarını nəzərə alsaq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə razılıq verib. Sözügedən planın əsas məqsədi ölkədə olan “Vaqner” döyüşçüləri vasitəsilə Baş nazir Nikol Paşinyanı və onun komandasını rəhbərlikdən kənarlaşdırmaqdır. Rusiya Prezidenti Vladimir Putin üçün son damla Ermənistan-ABŞ birgə hərbi təlimləri olub. Hazırda Ermənistandakı “vaqnerçi”lərin sayı 12 minə çatıb. Srağagün onlara artıq hərəkətə keçmək əmri verilib”.
Ən çox oxunanlar
Son xəbərlər