Rusiyadan qondarma rejimin özünü buraxmasına reaksiya
Baxılıb: 699 Tarix: 28-09-2023 15:27
Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxması Rusiyada müsbət qiymətləndirilib.
Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Rusiya mətbuatına verdiyi müsahibədə deyib.
"Nəzərə alsaq ki, Ermənistan və onun lideri Nikol Paşinyan bütün tribunalarda Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, indi çox uzun müddət mövcud olmuş "respublika"nın ləğvi prosesi gedir. Təbii ki, erməni millətindən olan Qarabağ sakinləri ərazini tərk edirlər və çox güman ki, onlar Ermənistanda, o cümlədən Rusiyada yaşayacaqlar", - deyə Viktor Vodolatski vurğulayıb.
Viktor Vodolatski bildirib ki, bundan sonra Rusiya sülhməramlı kontingentinin Qarabağdakı mövcudluğu əhəmiyyətsiz hesab edilə bilər, lakin istənilən halda bunu sülhməramlıları oraya müvəqqəti yerləşdirilməsinə qərar verən üç dövlətin - Rusiyanın, Azərbaycanın və Ermənistanın rəhbəri qərar verməlidir.
Rusiyanın mövcud vəziyyətə münasibətindən danışan deputat vurğulayıb ki, Moskvanın prioriteti regionda hərbi əməliyyatları dayandırmaqdır:
"Rusiya üçün əsas odur ki, silahlı münaqişələr, toqquşmalar olmasın, dinc sakinlər ölməsin, bizim üçün əsas odur ki, Qarabağın hüdudlarından kənarda alovlana və genişlənə biləcək qaynar nöqtə mövcud olmasın. Rusiya üçün Cənubi Qafqazda sabitlik elementinin olması mühümdür ki, heç bir qarşıdurma və ən əsası hərbi toqquşmalar olmasın"./Oxu.az
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər