Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Deputat DSMF-nin yoxlanmasını tələb etdi

Baxılıb: 647     Tarix: 18-05-2018 14:18   

Deputat Musa Quliyev Hesablama Palatasından Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini daha ciddi qaydada araşdırılmasını tələb edib.
O bu təkliflə Milli Məclisdə çıxış edib. Onun sözlərinə görə, Hesablama Palatası DSMF-nin bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib: "Hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşkar edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar. DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha ciddi qaydada yoxlanılmasını zəruri edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və buna ciddi fikir versinlər".
Deputat onu da bildirib ki, ildə 150-160 min yeni iş yerinin açılır: "Bu işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalar da, DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir. Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır".
Qafqazinfo



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar