Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Toysuz qalıb Rusiyaya üz tutan MÜĞƏNNİLƏR

Baxılıb: 736     Tarix: 11-01-2021 13:23   

Artıq bir il olacaq ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə toyların keçirilməsinə qadağa qoyulub. Buna görə də şou-biznes simaları işsiz qalıblar.
Qanunvehedef.az Axşam.az-a istinadən xəbər verir ki, bir neçə müğənni işsiz qalmağın çarəsini tapıblar. Belə ki, onlar Rusiyaya üz tutublar. Toy üçün Moskvaya köçən müğənniləri təqdim edirik:
Müğənni Fədayə Laçın bir ilə yaxındır ki, Rusiyadadır. Əvvəl konsert verməyə gedən ifaçı pandemiyaya görə orada qalıb. Sənətçi yolların bağlandığını, Bakıya qayıda bilmədiyini deyib. İndi isə o, Rusiyada toy məclislərinə qatıldığı üçün Azərbaycana qayıtmağı düşünmədiyini söyləyib.
Müğənni Şəbnəm Tovuzlu da ötən aydan Rusiyaya köçüb. İfaçı əvvəl konsert verməyə getsə də, geri qayıtmağa tələsməyib. Şəbnəm indi toy məclislərinə qatılır.
Müğənni Xəyyam Nisanov da bu aralar Rusiyaya tez-tez gedən sənət adamlarındandır. Pandemiyadan əvvəl də Rusiya toylarının əksəriyyətində yer alan sənətçi bu dəfə ənənəsinə sadiq qalıb.
Azərbaycanda toyların keçirilməsinə icazə verilmədiyini görən müğənni Zenfira İbrahimova da üz tutub Rusiyaya. Artıq bir aya yaxındır ki, ifaçı Rusiyada qalır. O, qatıldığı məclislərdən görüntüləri sosial şəbəkədə yayımlayır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər