Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Məşhur cütlük EVLƏNDİ - FOTO

Baxılıb: 969     Tarix: 03-02-2021 14:21   

Xəbər verdiyimiz kimi klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa Aysel İbrahimovanın birlikdə olduğu ortaya çıxıb.
Qanunvehedef.az BiG.AZ-a istinadən xəbər verir ki, iki gündür cütlüyün xəbərləri sosial mediada gündəmdən düşmür. Bu səbəbdən aktrisa Aysel İbrahimova "İnstagram" hesabında post paylaşıb. O, onları tənqid edənlərə paylaşımı ilə cavab verib:
"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır.
Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki. Cəmiyyətdə xəyanət eden qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox. Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar