Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Fond əməkdar artistin səhhətini nəzarətə götürdü

Baxılıb: 568     Tarix: 12-03-2021 12:16   

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Pərviz Bağırovun səhhəti ilə bağlı məsələ Heydər Əliyev Fondunun nəzarətindədir.
Kult.az xəbər verir ki, bunu Report-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.
Onun sözlərinə görə, P.Bağırov Fondun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb:
“O, bir neçə gün reanimasiyada qalıb, sonradan palataya köçürülüb. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır. Huşu aydındır, yaddaşında və nitqində bəzi problemlər var. İnsult keçirdiyi üçün bir qolu tamamilə işləmir. İntensiv müalicəsi davam etdirilir. Xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı hələ məlumat yoxdur”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar