Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəstəxanaya yerləşdirilən əməkdar artistin son durumu

Baxılıb: 541     Tarix: 22-03-2021 15:37   

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində irəliləyiş var.
Qanunvehedef.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında aktyorun bacısı Fəridə Bağırova bildirib.
O bildirib ki, aktyorun vəziyyəti stabildir:
“İndi az-az bizlə danışır. Hazırda qardaşımın müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Biz göstərilən köməyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirik”.
Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra Heydər Əliyev Fondunun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda orada müalicəsi davam etdirilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar