Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Millət vəkili aktrisanı təbrik etdi

Baxılıb: 645     Tarix: 22-03-2021 17:04   

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın teatr və kino aktrisası Zemfira Əbdülsəmədova ilə Mədəniyyət Komitəsində görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili aktrisanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona yeni uğurlar diləyib.
Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa olaraq çalışan sənətçinin tamaşaçılar tərəfindən sevildiyini vurğulayan Q.Paşayeva onun iki dəfə Prezident Mükafatına layiq görülməsindən məmnunluğunu bildirib.
Komitə sədri onun bədii qiraətçi kimi də sevildiyini söyləyib.
Q.Paşayeva aktrisaya Komitənin təbrik məktubunu və Qarabağ motivli hədiyyələr təqdim edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar