Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Paşayeva Sevil Gültəni təbrik etdi - Foto

Baxılıb: 535     Tarix: 12-04-2021 11:01   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış tərcüməçi, şair Sevil Gültənlə Mədəniyyət Komitəsində görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili onu yubileyi münasibəti ilə təbrik edib, yaradıcılıq planları ilə maraqlanıb, yeni uğurlar diləyib.
Qeyd edək ki, tanınmış tərcüməçi, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü S.Gültənin 60 yaşı tamam olub. O, “Küsüb getmək istəyirəm dünyadan”, “Ürəyimin göz yaşları” adlı şeir kitablarının, “Uşaqlıq illərimin şəkiləri” adlı esselər kitabının müəllifidir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə çoxsaylı kitablar tərcümə edib.
Q.Paşayeva yubilyara Komitə adından Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
S.Gültən səmimi görüş və təbriklər üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə yubilyarın qızı Gültən Qədirli iştirak edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar