Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Millət vəkili tanınmış ziyalı və yazarlarla görüşdü

Baxılıb: 787     Tarix: 19-04-2021 14:28   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup tanınmış ziyalı və ictimai fəalla görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili görüşdə xalq rəssamı Arif Hüseynov, tanınmış şair Yusif Nəğməkar, ADPU-nun Quba filialının direktoru Yusif Alı Afşar, tanınmış rəssam Yusif Mirzə, şair-publisist Vahid Aslan, gənc yazar Leyla Şah iştirak edib.
Q.Paşayeva onlarla mədəniyyətyönümlü layihələr, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılması, mədəni irsimizin təbliği, habelə türk dünyasında mədəni inteqrasiya ilə bağlı fikirlərini bölüşüb.
Özəlliklə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni gerçəkliklərin - işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçidin ziyalılardan, sənətçilərdən, elm adamlarından, eləcə də yeni nəsildən tələb etdiyi mənəvi məsuliyyət mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar