Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Avroviziya"nın qalibi narkotest etdirəcək

Baxılıb: 504     Tarix: 24-05-2021 11:29   

"Avroviziya" mahnı müsabiqəsinin builki qalibi olan İtaliyanın "Maneskin" qrupunun solisti David Damiano orqanizmində narkotik maddələrin olmadığını sübut etmək üçün xüsusi testdən keçəcək.
Bu barədə Avropa Yayım İttifaqı məlumat yayıb.
Qeyd edək ki, yarışma zamanı "yaşıl otaqda"dan yayılan videogörüntülər şayiələrə səbəb olub. Görüntülərdə Damianonun masa üzərinə əyildiyi və müəmmalı hərəkətlər etdiyi əks olunub. Bəziləri ifaçının kokain qəbul etdiyi iddiasını irəli sürüblər. O özü isə masadakı şuşə stəkanın qırıldığını və şüşə qırıntıları üfürərək təmizləmək istədiyini, heç vaxt kokain qəbul etmədiyini, ittihamlardan şoka düşdüyünü bildirib.
Avropa Yayım İttifaqı da otaqda şüşə qırıntılarının aşkar olunduğunu təsdiqləyib və ifaçının şayiələrə son qoymaq üçün könüllü test etdirəcəyini bəyan edib. /Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar