Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Paşayeva məşhur balaban ifaçısı ilə görüşdü – Foto

Baxılıb: 561     Tarix: 27-05-2021 10:54   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış Azərbaycan musiqiçisi, virtuoz balaban ifaçısı, xalq artisti Əlixan Səmədovla Mədəniyyət Komitəsində görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili nəfəsli və xalq çalğı alətlərini böyük ustalıqla ifa edərək ün qazanmış sənətkarın qardaş Türkiyədə də çox yaxşı tanındığını, sevildiyini məmnuniyyətlə vurğulayıb.
“Özəlliklə ustad balabançı kimi qısa müddətdə böyük dinləyici auditoriyası qazandlığınızı xüsusi qeyd etmək istərdim. Sizin yüksək sənətkarlıqla qələmə aldığınız “Balaban metodu” kitabınız bu sahənin mütəxəssisləri və gənc balabançılar üçün qiymətli mənbədir”.
Sənətkara yeni yadıcılıq uğurları arzulayan Komitə sədri daha çox Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il üçün planlaşdırılan dövlət və ictimai tədbirlər haqqında fikirlərini bölüşüb. O, Nizami İli, Şuşanın Mədəniyyət Paytaxtı elan olunması və bunlardan irəli gələn - hər bir sənətkarın da üzərinə mənəvi məsuliyyət qoyan vəzifələrdən söz açıb.
Q.Paşayeva sənətkara Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Xalq artisti səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar