Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanlı məşhurların rəsmi hesabları oğurlandı - Foto

Baxılıb: 763     Tarix: 17-06-2021 14:15   

Bir sıra azərbaycanlı məşhurun rəsmi Feysbuk hesabı Kamboca, Tailand və digər Cənub-şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb.
Kult.az xəbər verir ki, bunu texno-bloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, Miri Yusif və Sevda Yahyayeva da daxil olmaqla, bir neçə azərbaycanlı məşhurun Feysbuk hesabı oğurlanıb:
“Bu metod çox peşəkar şəkildə həyata keçirilir. Onlar bir vasitəçi şirkət, məsələn, “Nike”, “Gucci” və s. kimi böyük brendlərin reklamını yerləşdirmək adı ilə yazırlar və 1 günlük reklam üçün böyük mükafat vəd edirlər. Daha sonra “Feysbuk Biznes” (Facebook Business) menecer vasitəsilə səhifənizdə reklam yerləşdirmək üçün sizə sorğu göndərirlər. Bu, rəsmi olaraq Feysbuk tərəfindən göndərilən sorğudur. Bunu qəbul etdiyiniz halda artıq səhifəniz sizdən uzaqlaşır. Səhifələrin bərpası çətindir və zaman alır”.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar