Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım”

Baxılıb: 914     Tarix: 03-09-2026 10:02   

Yalovada 6-cı mərtəbədən yıxılaraq həyatını itirən türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı istintaqda yeni detallar ortaya çıxıb.

Qanunvehedef.az xəbər verir ki, istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter həbs edilərkən, hadisənin yeganə şahidi Sultan Nur Ulunun prokurorluqda hadisəni canlandırdığı görüntülər və atasının telefon danışığı zamanı səsləndirdiyi ifadələr iş materiallarına əlavə edilib.

Məlumata görə, 26 sentyabrda Yalovadakı evinin 6-cı mərtəbəsindəki pəncərədən yıxılaraq ölən 52 yaşlı “Güllü”nün ölümü ilə bağlı araşdırma davam edir. Sənətçinin qızı Tuğyan Ülkem Gülter “yaxın qohumunu qəsdən öldürmək” ittihamı ilə həbs olunub. Hadisənin yeganə şahidi olduğu bildirilən Sultan Nur Ulu isə ev dustaqlığına buraxılıb.

İstintaq çərçivəsində Sultan Nur Ulunun prokurorluqda hadisəni yenidən canlandırdığı görüntülər ortaya çıxıb. Görüntülərdə onun Tuğyanın anası “Güllü”nü pəncərədən itələdiyi anı canlandırdığı bildirilir.

İş materiallarına əlavə edilən digər sübut isə Sultan Nur Ulunun atası Ariflə telefon danışığının səs yazısıdır.

Arifin danışıq zamanı qızının ona hadisə barədə danışdığını bildirdiyi və belə ifadələr səsləndirdiyi qeyd olunur: “Sultan mənə dedi ki, “Biz onu atdıq, ata. Biz onu atdıq, öldürdük”. Sultan dedi ki, mən onu atdım”. O dedi ki, “Tuğyan mənə iki mənzil təklif etdi, mən də onu atdım”.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}