Zaur Rzayevin xəstəliyi məlum oldu

Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Kult.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın direktoru Zaur Xəlilov məlumat verib.
O bildirib ki, xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır:
“Zaur Rzayev bir neçə gün sonra xəstəxanadan evə buraxılacaq”.
***
1952-ci il təvəllüdlü şəxs (Xalq artisti Zaur Rzayev - red.) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir.
Qanunvehedef.az




















