Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Çində 62 793 nəfər koronavirusdan sağaldı

Baxılıb: 766     Tarix: 12-03-2020 09:14   

Son gün ərzində Çində 11 nəfər koronavirusun qurbanı olub, virusa daha 15 nəfər yoluxub.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 318 xəstə sağalıb.
Ölkədə virusa yoluxanların sayı 80 793 nəfərə çatıb. Qeyd edilir ki, onlardan 62 793 nəfəri sağalıb, 3 169 nəfər ölüb. Virusa yoluxanların 4 257 nəfərinin vəziyyəti ağırdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar