Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Professordan təklif: Bu şəxsləri karantində saxlamayın

Baxılıb: 873     Tarix: 30-03-2020 11:55   

Ölkəyə daxil olanlarda COVİD-19-la bağlı əlamətlər yoxdursa, onları qeydiyyata götürüb, evdən çıxmamaq şərtilə öz ünvanlarına yollamaq məsləhətdir. Karantində insanları müxtəlif çadırlarda, zirzəmilərdə saxlamaq perspektivsiz bir işdir. Əgər karantində bir adam xəstələnsə, orada olan hər kəsin sağlamlığı təhlükə altına düşəcək.
Qanunvehedef.az xəbər verir ki, bu sözlərlə tibb üzrə professor Adil Qeybulla çıxış edib.
O bildirib ki, xüsusi həkimlər və tibb işçilərindən ibarət qruplar hazırlanmalı, onlar konkret bir ərazi, məhəllə üçün ayrılmalı (ailə və sahə həkimləri tipində), əlavə maaş və lazımi avadanlıqlarla təmin və təhciz edilməlidir:
“Növbəti günlərdə xəstələrin sayı artsa, xəstəxanalarda yer olmasa, onsuz da bu yolu seçməyə məcbur olacağıq. Fransada artıq yüngül xəstələr evdə müalicə alırlar. Dünya təcrübəsinin müsbət tərəflərindən yararlanmaq lazımdır. Təcrübə göstərir ki, təşkilati tədbirlərin düzgün qurulması uğura gətirib çıxarır”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar