Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ÜST-nin aparıcı mütəxəssisindən koronavirusla bağlı şok açıqlama - "Vaksin heç vaxt olmayacaq"

Baxılıb: 1 024     Tarix: 20-04-2020 11:16   

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı mütəxəssisi və London İmperial Kollecinin professoru David Nabarro koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı ümidsiz bir proqnozla çıxış edib.
Virtualaz.org bildirir ki, professor “The Observer”ə verdiyi müsahibədə yaxın gələcəkdə vaksinin ümumiyyətlə hazırlanmayacağını söyləyib. O, fikrini COVID-19-un olduqca mürəkkəb bir virus növü olması ilə əsaslandırıb.
Nabarro istisna etməyib ki, bəşəriyyət bir müddət təhdid kimi ona qonşu olan bu virusla yaşamalı olacaq.
“Bu o deməkdir ki, xəstəlik əlamətləri olan insanları və onlarla əlaqə quran insanları təcrid etmək lazımdır. Yaşlıları qorumaq lazım gələcək. Eyni zamanda, xəstəxanaların koronavirus xəstələrini qəbul edə bilmələri təmin olunmalıdır. Bu, hamımız üçün yeni bir norma olacaq",-deyə professor vurğulayıb.
Xatırladaq ki, dünyada yeni koronavirus qurbanlarının sayı 160,7 min nəfəri keçib. Artıq 2.3 milyondan çox insan infeksiyaya yoluxub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar