Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ÜST rəhbəri koronavirusdan müdafiənin ən yaxşı vasitəsini açıqladı

Baxılıb: 785     Tarix: 05-05-2020 08:38   

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Qebreyesus bildirib ki, əllərin yuyulması koronavirusa yoluxmanın profilaktikası üçün əsas və ən effektiv vasitələrdən biridir.
“Report” təşkilatın saytına istinadən xəbər verir ki, bu barədə ÜST sədri keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, əllərin yuyulması "ictimai səhiyyənin ən əhəmiyyətli tədbirlərindən biridir".
Təşkilat rəhbərinin sözlərinə görə, bu, koronavirus infeksiyasından, həm də başqa xəstəliklərdən qorumağa kömək edir.
Qebreyesus diqqəti dünyada milyonlarla insanın əllərini daim yumaq imkanlarına malik olmamasına yönəldib. O, həmçinin xatırladıb ki, 5 may əllərin Ümumdünya gigiyenası günü kimi qeyd edilir.
Dünyada koronavirusa 3,5 milyondan çox insan yoluxub, COVID-19-dan ölənlərin sayı 250 134 nəfərə çatıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar