Aynur xanım Cavadova təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli həkim kimi tanınır.
Baxılıb: 1 250 Tarix: 14-05-2020 10:04
-Aynur xanım Cavadovanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir.
-Bir ana ömrü, həkim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz həkim olaraq ziyalının ömrünə işıq saçır . Aynur xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdir. Onun ömür işığında qaranlıq dünyalara şəfa verilir. Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Aynur xanımın portretini sezməmək mümkün deyil. Qəlb dünyasının işığı onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı. Aynur xanım Cavadovanın zəngin elmi irsi, ginekologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
-Aynur xanım Cavadova təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli həkim kimi tanınır. Çünki bu insanın yeganə amalı budur. “Ona müraciət edən xəstələri sağaltmaq. ana olanlara təkcə özləri yox, həm də dünyaya gətirdiyi övladlarının salamat qalması üçün əlindən gələni etmək. Həm də ana olmaq arzusu ilə yaşayan və dünyaya övlad gətirməkdə problemləri olanlara da var qüvvəsi ilə köməklik etmək və onları bu müqəddəs arzularına çatdırmaq”.
İşini çox sevir və öhdəsindən layiqincə gəlir Aynur həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Aynur Cavadovaya dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Onunla söhbət zamanı müalicənin vacibliyini sadə dildə mənə elə izah etdi ki, daxilən əməliyyata mən hazır oldum. Həyatda qalacağıma inancım az olsa da, həkimlə söhbət ürəyimdəki qorxunu azaltmışdı. Aynur xanımın və tibbi
personalın çox böyük səyi nəticəsində müalicə zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları Aynur xanımın sayəsində oldu.
-Hörmətlə; Sevinc Mahmudova
-Əzizim Aynur həkim, bir arının çiçəyin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin kimi həkimlərə o qədər ehtiyacları var. Sizinlə hər görüşdə öz qızıl barmaqlı əllərinizlə bir xəstəyə verdiyiniz şəfa sizi Tanrıya daha çox yaxınlaşdırır. Tanrı nuruna bələnən insanlar isə daim uğur və nailiyyətlə yürüyürlər. Biz də “Qanunvehedef.azxəbər portalının rəhbərliyi adından bu yolda sizə böyük uğur və nailiyyət arzulayırıq. Allahdan sizə can sağlığı arzulayaraq, ailəmə şəfa dağıdan əllərinizdən öpür, sizə daha çox səbr və can sağlığı arzulayırıq ki, başqalaraına daha çox sağlamlıq verəsiz!
Ən çox oxunanlar
Son xəbərlər