Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dərini qocaldan səbəblər hansılardır?

Baxılıb: 1 784     Tarix: 23-06-2020 15:56   

Bir sıra xarici amillər və düzgün qulluq göstərilməməsi dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Həmin prosesi tamamilə dayandırmaq mümkün olmasa da, ləngitmək olar.
Qanunvehedef.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova Azərtac-a dediyinə görə, mütəmadi spirt qəbulu, günəşin zərərli şüaları dərini qocaldır və bunun qarşısını almaq üçün bəzi vərdişlərdən uzaq durmaq lazımdır: “Makiyajı silmədən yatmaq dəriyə vurulan ən böyük zərbələrdən biridir. Gün ərzində dəri məsamələrində makiyaj və çirk qalıqları yığılaraq incə xətlər yaradır. Ona görə də hər gecə üzü dəri tipinə uyğun vasitələrlə təmizləmək və sonra nəmləndirici krem tətbiq etmək lazımdır.
Dəridə qırışların erkən yaranmaması üçün qidalanma da mühüm şərtdir. Çox şəkərli və duzlu qidaların qəbulu kilo almaqla yanaşı, dərinin erkən yaşlanmasına da səbəb olur. Günəşin zərərli şüalarının dəridə pozulmalar əmələ gətirməməsi və kollagenlərin zərər görməməsi üçün bayıra çıxanda günəş kremindən istifadə etmək məsləhətdir”.
Onun dediyinə görə, yastıqda üzü üstə yatmaq dəridə qırışlar əmələ gətirir. Ona görə də kürəyi üstə və yan tərəfi üstə yatmaq daha düzgündür. Əsəb və stress də dərinin vaxtından əvvəl qocalmasına səbəb olan amillərdəndir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar