Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Binəqədidə vaksinasiya prosesi DAVAM EDİR- FOTO

Baxılıb: 671     Tarix: 10-02-2021 11:26   
 
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Qanunvehedef.az xəbər verir ki, strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır. Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmiş və özünün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçib.
Qeyd edək ki, rayonumuzun ərazisində fəaliyyət göstərən tibb məntəqələrində də vaksinasiya prosesi uğurla həyata keçirilir. Bununla əlaqədar, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və digər əməkdaşlarla birlikdə vaksinasiya prosesini yerində izləyiblər.
Xatırladaq ki, "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. "Tibb müəssisəsi" bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq etdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər