Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Koronavirusa görə üçüncü peyvəndi alır

Baxılıb: 916     Tarix: 28-02-2021 12:13   

ABŞ-da tibb mütəxəssisləri koronavirusa qarşı "Johnson&Johnson" peyvəndinin ölkədə tətbiqinə icazə verilməsini tövsiyə ediblər.
Bu barədə "RİA Novosti" şuranın səsvermə nəticələrinə istinadən xəbər yayıb.
ABŞ Qida və Dərman İdarəsinin (FDA) dərmanı "təcili" istifadə üçün təsdiqləyəcəyi bildirilir.
Beləliklə, ABŞ-da COVID-19-a qarşı artıq üç peyvənd istifadə ediləcək, digər ikisi "Pfizer" və "Moderna" şirkətlərinin dərmanlarıdır.
Mütəxəssislərə görə, peyvəndin potensial faydaları mümkün risklərdən çoxdur.
Peyvənd "Janssen Pharmaceuticalica" (Johnson&Johnson şirkətinə məxsus) tərəfindən istehsal olunur. Bu peyvənd, Rusiyanın "Sputnik V", eyni zamanda Britaniya-İsveç birgə istehsalı "AstraZeneca" kimi vektor vaksinidir.
Dərman adi zökəm virusundan istifadə edir və virusun səthindəki yapışmış zülalı hədəf alır. ABŞ-da təsdiqlənmiş digər peyvəndlərdən fərqli olaraq, bu peynəd zamanı, iki yox, yalnız bir inyeksiya tələb olunur.//oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar