Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var” - Baş infeksionist

Baxılıb: 596     Tarix: 24-03-2021 16:47   

Mən çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar “AstraZeneca” və “Pfizer” vaksini ilə peyvəndlənmək istəməyiblər və Çin peyvəndi vurdurmaq üçün Azərbaycana və Türkiyəyə yollanıblar”.
Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.
O, Çin vaksininin Gürcüstanda hələ tətbiq olunmayacağını bildirib: “Çin peyvəndini bir çox ölkələr gözləyir, belə ki, o, ənənəvi üsullarla hazırlanıb”.
T.Tsertsvadze qeyd edib ki, Çin vaksininin alınması üçün müqavilə artıq hazırlanıb və müəyyən prosedurlardan sonra preparatın Gürcüstana idxalı nəzərdə tutulub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar