Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şəmkirdə həkimlər etiraz aksiyası keçirir? - Açıqlama

Baxılıb: 619     Tarix: 04-05-2021 15:43   

Şəmkirdə tibb işçiləri əməkhaqlarına əlavələrin ödənilməməsinə etiraz ediblər.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Söhbət Şəmkir Mərkəzi Rayon Xəstəxanasından gedir.
Belə ki, xəstəxananın tibb işçiləri onlara ödənilməli olan əlavələrin kəsildiyini və bunun hansı səbəbdən baş verdiyini bilmədiklərini iddia edirlər. Onlar məsələnin həll olunmayacağı təqdirdə işə çıxmayacaqları və yolu bağlayacaqlarını deyiblər.
Qanunvehedef.az xəbər verir ki, Şəmkir Mərkəzi Rayon Xəstəxanasından (MRX) Oxu.az-a sosial şəbəkədə yayılan videogörüntülərin köhnə olduğu bildirilib.
“Həmin məlumat hazırda aktual deyil, video köhnədir. Hazırda əməkhaqlarının alınmasında hər hansı problem yoxdur”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar