Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

70 milyon peyvənd yararsız çıxa bilər

Baxılıb: 786     Tarix: 07-05-2021 13:05   

“Johnson & Johnson” peyvəndinin 70 milyon dozası yararsız ola bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilir ki, peyvəndlər ABŞ-ın Merilənd ştatının Baltimor şəhərindəki “Emergent BioSolutions” zavodunda istehsal olunub. Sözügedən zavodda ABŞ peyvəndi ilə yanaşı, Britaniya-İsveç firmasının “AstraZeneka” preparatı da istehsal olunur.
Xatırladaq ki, aprelin əvvəlində “Johnson & Johnson"un Baltimordakı zavodunun əməkdaşları preparatların komponentlərini qarışdıraraq səhvə yol vermiş, buna görə də 15 milyon doza vaksin korlanmışdı.
Hadisədən sonra ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) müəssisədə yoxlama aparmağa başlayıb.
Əlavə edək ki, “Johnson & Johnson” peyvəndinin sözügedən partiyası daha öncə korlanmış partiya ilə eyni zamanda istehsal edilib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar