Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yeni mutasiyalar yaranmasa… - Professordan müjdə

Baxılıb: 857     Tarix: 26-05-2021 14:24   

Azərbaycandaki hazırki epidemioloji vəziyyət ölkədə yumşaldılmaların olmasına imkan verdi.
Bu sözləri  tibb elmləri doktoru, professor Adil Qeybulla Operativ Qərargahın dünən keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı danışarkən deyib.
O bildirib ki, vəziyyət bu cür stabil şəkildə davam edərsə, əlavə problemlər yaşanmaz:
“Azərbaycanda artıq həm vaksin olunmuş, həm də yoluxub sağalmış insanlarda immunitet formalaşır. Bu baxımdan ölkədə epidemioloji vəziyyət yaxşılaşmağa doğru gedir. Hesab edirəm ki, hansısa digər ikili mutasiyalar, immun sisteminə yayıla bilən mutagen formalar əmələ gəlməzsə, vəziyyət yayın sonuna yaxın tam stabilləşməlidir. Əlbəttə, şəxsi gigiyena qaydalarına riayət etməyə, qapalı yerlərdə tibbi maskadan istifadə etməyə və əllərimizi tez-tez yumağa davam etməliyik”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar