Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Həkim-kosmetoloq Adilə Şabanova: “Çirkin qadın yoxdur, özünə baxmayan qadın var”

Baxılıb: 1 145     Tarix: 31-05-2021 13:06   

Belə bir deyim var: Gözəllik ondur, doqquzu dondur. O da bəllidir ki, insanın birinci donu onun geydiyi paltardan əfzəl dərisidir.  Üz və bədən dərisinin gözəlliyi, eləcə də sağlamlığını təmin etmək üçün mütəxəssisə ehtiyac duyulur. Bu işlə kosmetoloqlar məşğul olurlar. Kosmetoloqun əsas vəzifəsi dəriyə qulluqdur. Bu sahədə tanınmış mütəxəssislərindən biri də haqqında söz açdığımız doktor Adilə Şabanovadır.
Şabanova Adilə Mollaməmməd qızı 1976-cı il avqustun 7-də Zaqatala rayonunun Yuxarı Cardaxlar kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə kənd orta məktəbində tam orta təhsil almışdır. Şəki Tibb Məktəbini və ali təhsil olaraq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Eyni zamanda kosmetoloq ixtisasına da yiyələnmişdir. 20 illik bioloq stajı olmaqla bərabər, kosmetoloji sahədə də çalışmışdır. Bir çox kosmetoloji kurslar və seminarlarda iştirak etmişdir.
Aliləlidir, iki övladı var. Hazırda Zaqatala şəhərində kosmetoloq kimi fəaliyyət göstərir.
Doktor Şabanova deyir: “Qadınlar hər zaman gözəl görünməyə çalışırlar. Zamanla yaranan qırışlar isə zərif cinsin nümayəndələrini çox məyus edir. Bu qüsurlar onların yaşını büruzə verir. Belə hallarda kosmetoloji prosedurlar: Üzün təmizlənməsi, masajı, maskaların qoyulması, qaş və kirpiklərin korreksiyası, yanaq dolğusu, gözaltı işıq dolğusu, üz dolğusu, mezoterapiya, plazmoliftinq köməyə gəlir. Həkim-kosmetoloq dərinin quruluşunu, orqanizmin xüsusiyyətlərini bildiyindən onun apardığı prosedurların nəticələri daha mükəmməl olur. Üz və bədəndə əmələ gələn çapıqlar, sızanaq izləri isə lazer epillyasiya üsulu ilə effektiv şəkildə yox edilir. Həkim dərinin vəziyyətini diaqnostika edir, ona uyğun müalicə üsulu seçir. Həkim-kosmetoloq həmçinin ziyil, papilloman və xalları aradan qaldırır. Eləcə də yaşla bağlı dəyişiklikləri yox etmək üçün botoks dolğu kimi prosedurlar aparır”.
Adilə Şabanova kosmetoloq kimi yüksək bacarıq, zövq və təcrübəyə malikdir. Daim öz üzərində işləyir, gözəllik sahəsindəki ən son yeniliklərdən xəbərdardır.  Psientlərlə işləyərkən, prosedur seçimində diqqətlidir,  mövcud durumu və orqanizmin xüsusiyyətlərini nəzərə alır.  O, özünün də xarici görünüşünə və əlbəttə ki, işlədiyi məkanın sterilliyinə ciddi diqqət yetirir. Ona görədir ki, işlədiyi ünvana hətta qqonşu rayonlardan da gələnlər olur.
Adilə xanım məlum həqiqəti bir daha xatırladır: “Çirkin qadın yoxdur, özünə baxmayan qadın var”.


Minarə Hacımahmudqızı
шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar