Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Uşaqlara bu oyuncağı qətiyyən almayın – Xəbərdarlıq

Baxılıb: 711     Tarix: 16-06-2021 11:52   

Son 1 ildə 5 uşaq təhlükəli oyuncaq sayılan rəngli şarik maqnitləri udduğuna görə cərrahiyyə əməliyyatı keçirib.
Bu sözləri uşaq cərrahı Toğrul Ömərov uşaqların sağlamlığı üçün təhlükə yarada bilən oyuncaqlar barədə danışarkən deyib.
“Rəngli şarik maqnitlər bağırsaq keçməzliyi, ən önəmlisi bağırsaq deşilməsi, yəni perforasiya yarada bilir. Uşağın ilk udduğu maqnit önə keçir və udulan digər maqnitləri özünə çəkir. Bağırsaq divarı incə olduğuna görə sıxılma baş verir. Bu zaman bağırsaqda qan dövranı pozulur, nəticədə bağırsağın yapışan hissəsi çürüyür. Belə problemlər 2-6 yaş arası uşaqlarda daha çox müşahidə olunur. 15 ədəd maqnit udan 3 yaşlı körpə ağır vəziyyətdə klinikaya gətirilmişdi. Maqnitlər uşağın bağırsağını 7 yerdən perforasiya etmişdi. Cərrahiyə yolu ilə körpənin sağlamlığını bərpa edə bildik. Ümumiyyətlə, xırda oyuncaqlar uşaqların qida və nəfəs borusunda da ciddi fəsadlar yaradır. Valideynləri ağlı kəsməyən, yaşı 8-dən aşağı olan uşaqlara bu cür təhlükəli oyuncaqları almamağa, çətin hallarla qarşılaşmamaları üçün diqqətli olmağa çağırırıq”, - T.Ömərov valideynlərə xəbərdarlıq edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar