Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hamilələrə vaksin vurdurmaq OLAR, bəs kimlərə OLMAZ? - AÇIQLAMA

Baxılıb: 514     Tarix: 28-06-2021 16:27   

Ölkə ərazisində yanvar ayından başlanan vaksinasiya uğurla davam edir. Bəs kimlərə vaksin vurdurmaq olmaz?
Mövzu ilə əlaqədar İnfeksionist həkim Mərdan Əliyev Sonxeber.az-a açıqlama verib:
"Vaksin vurdurmaq bir çoxlarına olmaz. İlk öncə bu qrupa vaksinin komponentlərinə qarşı allergiyası olan şəxslər daxildir. Lakin şəxsin nəyəsə qarşı allergiyası varsa, bu, əks göstəriş deyil. Əks göstəriş yalnız vaksinlərə qarşı çox ciddi allergiyası olanlara aiddir. Daha öncə hər hansı bir vaksin vurdurduqdan sonra allergiya müşahidə olunubsa, həmin şəxslərə koronavirus vaksini vurmaq olmaz, çünki vaksinlərin tərkibi oxşardır.
Onkoloji xəstəlikləri olan şəxslərə də vaksin vurdurmaq olmaz. Çünki onkoloji xəstəliklər də, bu vaksin kimi, immun sistemi ilə bağlıdır.
Hamilə qadınlara bəzi mütəxəssislər vaksin vurdurmağı tövsiyyə edir, bəziləri isə etmirlər. Burada bir fikir ayrılığı var. Hamilə qadın müəyyən yerlərdə işləyib insanlarla təmasda olursa, vaksin vurdura bilər.
Süd verən analara da vaksin vurdurmaq olar.
Soyuqdəymə, qızdırma, qrip xəstəliyi zamanı xəstəliyin sağalmasını gözləmək lazımdır. Hepatit, revmatizm, miqren kimi uzun müddət müşahidə olunan xroniki xəstəliklərin heç biri əks göstəriş deyil.
Astma xəstəliyində vəziyyət fərqlidir. Bu xəstəlik allergik xəstəlikdir. Xəstədə hər şeyə, xüsusilə dərmanlara qarşı güclü allergiya varsa, bu zaman vaksin vurdurmaq tövsiyə olunmur".
Aysel Səmədli

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər