Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Doğru bildiyimiz yanlışlar

Baxılıb: 648     Tarix: 30-06-2021 11:53   

Bəzən insanlar yanlış məlumatlara kor-koranə şəkildə inanırlar və bu məlumatlar tədricən doğru kimi qəbul edilir.
Qanunvehedef.az elmi araşdırmalara istinadən doğru bildiyimiz bəzi yanlışları təqdim edir.
Duzu həyatımızdan çıxarmalıyıq - duz zərərlidir
Bu fikrə həyatımızda tez-tez rast gəlirik. Bəs görəsən duz həqiqətən zərərlidirmi?
Duz bədənimizin PH səviyyəsini normada saxlayır. Araşdırmalarda gün ərzində 3 qramdan az duz istifadə etməyin ürək-damar xəstəlikləri zamanı ölüm riskini artırdığı faktı ortaya çıxıb.
Duz, eyni zamanda, serotonin və melatonin hormonlarını artırır ki, bu da gün ərzində stressdən uzaq olmağa və gecələri rahat yatmağa kömək edir. “5 qramdan çox duz istifadə etmək zərərlidir” fikri yanlışdır. Hər kəsin metobolizm sürəti fərqli olduğu üçün tərləmə və duzu bədəndən xaricetmə sürəti də dəyişə bilər.
Bal təbii şəkərdir, zərərsizdir
Dərman əvəzi istifadə etdiyimiz balın, doğru istifadə edilməzsə, sağlamlığımızı təhlükəyə ata biləcəyini bilirdinizmi?
Balın tərkibindəki qlükoza və fruktoza şəkərlə eyni miqdardadır. Artıq çəki problemi olanlar nəzərə almalıdırlar ki, balın kalori miqdarı şəkərdən daha çoxdur. 1 çay qaşığı bal 22 kaloridir. Araşdırmalara görə, bal şəkər qədər təhlükəli ola bilər. Əgər miqdarına diqqət edilməzsə, diabet, ürək və qaraciyər xəstəliklərinin yaranmasına səbəb ola bilər.
Yeməklə birlikdə su içmək olmaz
Doğru bildiyimiz bir başqa yanlış yemək yeyərkən su içməyin artıq çəki yaratdığı fikridir. Əsasən yeməkdən 1-2 saat əvvəl su içməyin doğru olduğu deyilir.
Yemək zamanı su içmək artıq çəki yaratmaz, əksinə, mədəni şişirtdiyi üçün daha tez doymağımıza səbəb olar. Mədə problemi olanlar yeməklə birlikdə su içməməlidir. Yeməklə birlikdə soyuq su içmək həzmi çətinləşdirir, bunun əvəzinə ilıq su içmək lazımdır.
İnsan beyninin yalnız 10%-ni istifadə edir
Bəs siz beyninizin sadəcə 10 faizindən istifadə etdiyinizə inanırsınızmı? Müasir araşdırmalar nəticəsində məlum olub ki, beynin hər bir hissəsi bir vəzifə yerinə yetirir və insan beyninin elə bir hissəsi tapılmayıb ki, o işləməsin.
Maqnit-rezonans tomoqrafiyası və pozitron-emission araşdırmalar nəticəsində məlum olub ki, hətta yuxu zamanı insanın bütün beyin hissələri müəyyən səviyyədə aktiv olur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar