Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əməliyyatdan sonra komaya düşən xəstədən yeni xəbər

Baxılıb: 1 142     Tarix: 28-11-2018 16:45   
 
Akif Paşayevin vəziyyəti hazırda yaxşıdır. Danışır, hərəkət edir, söhbət eləmişik özü ilə. Hələ palataya köçürülməyib, ancaq vəziyyəti yaxşıdır.
Bu sözləri Qanunvehedef.az-a dünən Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında keçirdiyi uroloji əməliyyatdan sonra iflic olaraq komaya düşən xəstə Akif Paşayevin vəziyyəti ilə bağlı xəstəxanadan bildiriblər.
Xəstəxanadan verilən məlumata görə, xəstə hələ də sözügedən xəstəxanada, reanimasiya şöbəsindədir:
“Dünən ailəsinin etirazına görə xəstəni aidiyyəti üzrə xəstəxanaya köçürə bilmədik. Bu səbəbdən xəstəxanaya nevroloq çağırmışdıq. Hazırda xəstə özünü yaxşı hiss edir. Vəziyyəti normaldır. Bizimlə, ailəsi ilə danışır. İflic əlaməti yoxdur. Hərəkət də edir, normal olaraq danışa da bilir. Ancaq hələ reanimasiya şöbəsindədir. Komadan çıxıb”.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Akif Paşayev Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan sonra iflic olub və komaya düşüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar