Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məşhur professordan ÇOX FAYDALI RESEPT

Baxılıb: 714     Tarix: 09-12-2018 14:04   
Professor Doktor Canan Karatay qışda bədənin şəkər ehtiyacını qarşılayan, amma kökəltməyən təbii şirniyyat reseptini açıqlayıb.
Qanunvehedef.az Publika-ya istiadən xəbər verir ki, onun sözlərinə görə, faydalı borani deserti bədəni toksinlərdən təmizləyərək immuniteti gücləndirir, bədəni enerji ilə təmin edir və xəstəliklərin qarşısını alır.
Canan Karatay sözlərinə onu da əlavə edib ki, tərkibində şəkər olmadığı üçün bu desert artıq çəkiyə səbəb olmur.
İnqrediyentlər:
2 dilim şirin balqabaq
1 ədəd alma
2 ədəd portağal
Yarım stəkan qoz
½ stəkan quru üzüm
1 ədəd çubuq darçın
1 yemək qaşığı kərə yağı
Hazırlanması:
Balqabaq, alma və portağalı səliqə ilə istədiyiniz ölçüdə dilimləyin. Portağalın ağ hissələrini mümkün olduqda soymayın. Doğranmış meyvələri istiliyə davamlı şüşə qaba yerləşdirin. Sonra üzərinə qoz, kişmiş və darçın əlavə edib kərə yağı dilimlərini üzərinə düzün. Şüşə məcməyini yağlı kağız ilə bağlayıb 180 dərəcə sobada 35 dəqiqə bişirin.
Soyuq olaraq servis edin.
Nuş olsun!



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar