Qapalı rinoplastika əməliyyatı zamanı kəsik burun boşluğundan aparılır Plastik və Rekonstruktiv cərrahla müsahibə
Baxılıb: 1 810 Tarix: 14-12-2018 09:56
Müsahibim Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahlar Assosiasiyasının həqiqi üzvü, Tibb uzrə elmlər doktoru, professor həkim –cərrah Dr. Vaqif Qələndərdir. Həkimlə Rinoplastika əməliyyatı haqqında oxucularımızı maraqlandıran suallar ətrafında danışacayıq. Həmin müsahibəni siz oxucularımızın diqqətinə çatdırırıq.
Rinoplastika nədir?
Rinoplastika- bu,plastik cərrahiyyənin yalnız olmayan burnun və onun hissələrinin qüsurlarının canlı toxumalarla əvəz edilməsi yolu ilə yenidən bərpa edilməsi üsullarını deyil, həm də burnun anadangəlmə və qazanılmış düzgün olmayan formalarının cərrahi yolla düzəldilməsi üsullarını öyrənən bölməsidir. RİNOPLASTİKA burnun anadangəlmə və ya sonradan yaranmış defektlərinin, deformasıyasının düzəldilməsi əməliyyatıdır. Burnun kiçildilməsi, donqarın, əyriliyin düzəldilməsi, formasının korreksiyası bütün bunlar Rinoplastika əməliyyatı zamanı yerinə yetirilir. Burun üzdə ən çox nəzərə çarpan, ona özünəməxsus ifadə verən bir üzvdür. Burun formasının dəyışilməsi insanın üzünü , ifadəsini inanılmaz dərəcədə dəyişdirə bilər. Rinoplastika ən çox olunan plastik əməliyyat olmaqla yanaşı, eyni zamanda ən mürəkkəb, cərrahdan böyük ustalıq, professionallıq tələb edən əməliyyatdır.
Müasir estetik burun əməliyatlarında məqsəd təkcə əyriliyi, iriliyi, tənəffüs problemlərini aradan qaldırmaq deyil, burnu üz cizgilərinə, insanın zövgünə uyğun olan bir formaya gətirməkdir.Ən əsas məqamlardan biri də burnun təbii olması, yəni əməliyyat olmasının hiss edilməməsidir .
Rinoplastika əməliyyatını icra etməzdən əvvəl və pasient əməliyyata hazırlanarkən daha çox nələrə diqqət olunmalıdır?
– Burun üzümüzün tən orta hissəsində yerləşdiyi üçün burunda aparılan ən kiçik müdaxilə belə ilk baxışdaca hiss olunur. Bu əməliyyatı icra etməzdən öncə pasientin istəkləri, həkimin ona edə biləcəkləri və cərrahiyyənin imkanları üst-üstə düşməlidir. Mənim fikrimcə ən uğurlu əməliyyat təbii, gözəl və üz ilə bir tamlıq təşkil edən burunlardır. Biz əməliyyat öncəsi xəstənin ümumi sağlıq durumunu diqqətlə dəyərləndiririk. Əməliyyatdan öncə anestezioloqun baxışı, labarator və instrumental müayinələrin nəticələrini diqqətlə araşdırıb sonra əməliyyat qərarı veririk. Əməliyyat həm ümumi həm də yerli anesteziya ilə aparıla bilər. Bu arada qadın və kişi burunları ayrıca dəyərləndirilməlidir. Belə ki, kişi burunları çox kiçik olmamalı, burun arxası maili olmamalı əksinə düz olmalı, burun ucu çox qalxmamalıdır. Qadınlarda isə tam tərsi burun incə olmalı, burun arxası bir qədər maili və üz ilə ahəng içində olmalıdır.
Rinoplastika əməliyyatı neçə yaşından icra olunmalıdır?
Rinoplastika əməliyyatı insan yetkinlik yaşına çatdıqdan sonra tətbiq olunmalıdır. Əgər burunun daxilində və xaricində problem varsa qızlarda ən tez 15-16, oğlanlarda isə 17-18 yaşdan etibarən əməliyyat aparıla bilər. Təbii ki əgər pasientin ümumi vəziyyəti uyğundursa yuxarı yaş həddi isə yoxdur.
Qapalı rinoplastika nədir?
Qapalı rinoplastika əməliyyatı zamanı kəsik burun boşluğundan aparılır. Cərrah burun dərisini burnun karkasını təşkil edən burun sümükləri və qığırdağından ayırır. Bundan sonra burnun formasını asanlıqla dəyişdirə, arzu edilən formanı əldə etmək üçün həcmi kiçiltmek lazım gelerse böyütmek de mümkün ola bilir. Məsələn, cərrah burnu daraltmaq üçün qığırdağın burun arxasındakı donqar hisselerini kesib forma verir. Sonra sümük hissesini yanlardan yaxınlaşdırır ve qığırdaqları burun çeperının üst qısmine öz tebii yerine tikir. Burnun çıxıntılı hissələrinin götürülməsi xüsusi alətler vasitəsilə həyata keçirilir. Cərrah burun sümüklərinin və qığırdağın formasını dəyişdirdikdən düzgün forma verdikden sonra, yumşaq toxumaları o cümlədən aparılan kəsiyi tikir. Burnun formasını saxlamaq üçün burun arxasına gipsi əvəz edən müasir splintler qoyulur o da 7-14 gün ərzində çıxarılır.
Rinoplastika əməliyyatı sonrası xəstələri nə gözləyir?
Əməliyyat həkim tərəfindən tamamlandıqdan sonra burun içinə silikon borular yerləşdirilir. Bu borular daha sonra həkim tərəfindən çıxardılır, alınması ağrılı deyil. Əməliyyat bitdikdən sonra burunun üstünə sarğı gips qoyulur.
burundakı tampon 2-3 gün sonra çıxardılır,
gips 7-10 gün sonra çıxarılır,
tikişlər varsa, 6-7 gün sonra sökülür,
göz altı göyərmələr 2-3 həftəya keçir.
Vaqif Qələndərlinin icra etdiyi əməliyyatlar
Qanunvehedef.az saytının bütün kollektivi, dəyərli, dünya səviyyəli doktorumuz Vaqif Qələndərliyə tibb səhəsində daha böyük uğurlar qazanmasını arzu edirik.
Ən çox oxunanlar
Son xəbərlər