Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Oğlan uşaqları zəkanı yalnız anadan alır - Maraqlı araşdırma

Baxılıb: 647     Tarix: 15-12-2018 15:20   

Oğlan uşaqlarına zəka genləri atadan deyil, anadan keçir. Bir atanın doğulacaq olan oğlan övladına zəka genini ötürməsi heç bir şəkildə mümkün deyil. Mütəxəssislər hesab edir ki, oğlan uşağı müdrikdirsə, bunu anasına, ananın genlərinə borcludur.
Qanunvehedef.az xəbər verir ki, dünya mütəxəssisləri atadan oğula zəka genlərinin heç bir halda keçmə ehtimalının olmadığını sübut ediblər. Mütəxəssislərin fikrincə, oğlan uşağı ağıllı, zəkalıdırsa, bu ananın genləri ilə bağlıdır. Kişilər öz zəka genlərini əsla və əsla oğullarına ötürə bilmirlər. Qız övladlarına isə öz zəkalarının ancaq 50 faizini ötürə bilirlər.
Loru dillə desək, oğlan uşaqları zəka baxımından “anasının oğlu”, qızlar isə zəka baxımından “həm anasının, həm atasının qızı” hesab edilir.
Belə ki, dünya mütəxəssislərinin apardığı araşdırmaya əsasən zəka genlərinin şifrələri sadəcə “X” xromosomunda olur. “Y” xromosomunda isə zəka genləri olmur.
Qadınlarda ancaq “X” xromosomu olduğu halda, kişilərdə həm “X”, həm də “Y” xromosomları olur. Ananın “X” xromosomu ilə atanın “X” xromosomunun birləşməsindən Qız övladı dünyaya gəlir. Ananın “X” xromosomu ilə atanın “Y” xromosomunun birləşməsindən isə oğlan uşağı dünyaya gəlir.
Zəka genləri ancaq “X” xromosomunda olduğu üçün də ata heç vaxt oğluna zəka genlərini ötürə bilmir. Çünki oğlan uşağının dünyaya gəlməsi üçün atanın “Y” xromosomu lazımdır. Ancaq ana isə həm oğluna, həm də qızına zəka geni ötürə bilir.
Bununla bağlı araşdırma aparan mütəxəssis Horst Hameister bildirib ki, bu həm də qız uşaqlarının oğlan uşaqlarından daha ağıllı, zəkalı olması anlamına gəlir. Qız uşağının dünyaya gəlməsi üçün “XX” xromosomunun olduğunu nəzərə alan Horst bildirib ki, qız həm anadan, həm də atadan zəka geni götürdüyü üçün daha ağıllı olur. Oğlan uşağını əmələ gətirən “XY” xromosomunda isə ancaq bir zəka geni olur ki, o da təkcə anaya məxsusdur.
Mütəxəssislər məsləhət görür ki, kişilər gələcək nəsillərinin, xüsusilə oğlan övladlarının ağıllı və zəkalı olmasını istəyirsə, evlənmək üçün gözəl yox, daha çox ağıllı və zəkalı qadınlara üstünlük versinlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar