Rəşad Abışov - Peşəkar həkim
Baxılıb: 2 715 Tarix: 27-12-2018 07:25
Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan İmplant Estetik Tibb Mərkəzinin baş həkimi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ağız və üz-çənə cərrahiyyə kafedrasının dosenti, plastik və üz-çənə cərrahı Rəşad həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Rəşad həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir. Azərbaycanımızın tanınmış plastik və üz-çənə cərrahı Rəşad Abışovun adı respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. Rəşad həkim həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. Rəşad həkim Sumqayıt şəhərində və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Rəşad həkimə müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razı halda deyirlər:
- Rəşad həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır.
Rəşad Abışovun icra etdiyi əməliyyatlar
"Qanunvehedef."az saytı olaraq Rəşad həkimə ugurlar arzulayırıq.
Ən çox oxunanlar
Son xəbərlər