Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ağır xəstələrini adi su və duz ilə müalicə edən iranlı həkimdən ŞOK: Sən xəstə deyilsən, susuzsan!

Baxılıb: 880     Tarix: 29-12-2018 12:57   

Fereydun Batmanhelic ötən əsrdə İranda yaşamışdır. Adi su və duz ilə müalicə metodunu dünyada təbliğ edən həkim sonradan yazdığı " Sən xəstə deyilsən, sən susuzsan" kitabı ilə dünyada tanınaraq, kitabından milyonlar qazandı. Bu günə kimi bütün dillərə tərcümə olunan, yüz minlərlə satış edən, çox insanları su və duz ilə müalicəyə cəlb edən Fereydunun həyatı da keçməkeşli olub.
Hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görür. Həbsxanada verilən dərmanlar zəif idi və onün halı getdikcə pisləşirdi. Fereydun həbsxanadan gəncin meyitinin çıxacağını anlayıb hərəkətə keçir. Xəstəyə hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırırdı. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başladı.
Bu metodla o, ordakı astma, vərəm, bronxit və digər xəstəlikləri olan məhkumları da sağaltmağa başlayır. Həqiqətən də bu işə yarayırdı.
Həbsdən çıxdıqdan sonra bütün ömrünü, fəaliyyətini suyun müalicəvi təsirinə, xəstəliklərdə tətbiqinə, ağır xəstələrdə dərman əvəzi bu metoda keçdikdən sonra baş verən dəyişikliklərin öyrənilməsinə həsr edib.
Doktor Batmanhelic ürəkdən arzulayırdı ki, onun metodu daha çox insanlara çatdırılsın, hətta klinikalar da bu üsulla müalicəyə keçsin. O, insanların hər gün 5-7 adda dərman atmasının qarşısını almaq istəyirdi. Lakin onun arzusu öz ölkəsində və kənarda nə dövlət, nə məmurlar, nə də farmakoloji şirkətlər, iri təcrübə laboratoriyaları tərəfindən dəstəkləndi. Çünki bu işdə milyonlarla gəlir yox idi, satmağa bir şey yox idi. Ona görə Fereydun çarəni kitab yazıb, daha çox insana çatmasında görür.
Fereydun xəstələrə deyərdi. " Sənin bədənin, orqanizmin su istəyir. Görmürsənmi, o su istəyir, su dilənir".
Medicina.az məşhur kitabdan bəzi qeydləri və məsləhətləri sizin üçün toplayıb.
Müasir insan susuzluqdan xəstələnir
XXI əsrdən başlayaraq insanların həyatından təmiz, adi su sıxışdırılıb çıxarılıb. İndi uşaqdan böyüyə hamı çay, qəhvə, qazlı su, şirin su, şirə içir və bunlara pul da xərcləyir. Onlar inanır ki, elə bu içkilər maye olaraq orqanizmin su tələbatını ödəyir. Bəzən həkimlər də maye adı altında şorba, çay və şirələri birləşdirir. Bu, çox səhv fikirdir. İnsanın bütün orqanlarının, hüceyrələrinin su tələbatını, ehtiyatını yalnız H2O, təmiz su hüceyrələri ödəyə bilər. Bu da günə 2 litr su içməklə ödənir. Elə insan var çəkisinə görə daha artıq su içməlidir.
Həkim bildirir ki, allergiya, astma, bronxit, miqren, hipertoniya, artrit, mədə, bağırsaq xəstəlikləri, pis qan, xolesterin, şəkərli diabet, hətta onlarla onkoloji xəstəlik, xroniki yorğunluq, əsəb, nevroz məhz kəskin susuzlaşmanın son nəticəsidir. Su çatışmayanda hemoqlobin kəskin yüksəlir, qan qatılaşır, damarlar tutulur, tromb yaranır.
Su necə ki, paltaryuyan maşın üçün vacibdir, insan üçün də eyni rolu daşıyır. Təsəvvür edin, susuz maşın işləyərmi? Amma insan özünü susuz işlədir, yaşadır. Yaşayır, amma xəstə.
Su ilə yanaşı duz da lazımdır
Orqanizmin yüz kilometrlərlə olan qan sistemi, damarları, on metrlərlə olan bağırsaqları su ilə işləyir. Suyu qəbul etdiz, amma o təmizləyici rolunu yerinə yetirmək üçün orqanizmdə qalmalıdır. Daha burdan içən kimi, ordan böyrəklərlə süzülüb atılmamalıdır. Bunun üçün də adi duz lazımdır.
Xörək duzu yox,daş duz və ya iri dəniz duzu.
Dəniz duzu ( yəni satışda olan dəniz duzu) və daş duz ( dədə-baba duzu) mineral maddələrlə zəngindir, Mendeleyev cədvəlinin 90% elementlərini özündə birləşdirir.
Həkim Batmanhelic duz və suyu belə tətbiq edirdi:
1 stəkan təmiz su içdikdən sonra, bir-iki kristal duzu dilin altına qoyub əritmək.
Bəs duz ağ ölümdür deyirlər? Bu barədə fikirlər təzadlıdır. Doktor Fereydun belə hesab etmirdi. Bəli duzlu şoraba, satışda olan xörək duzu, duzlu yeməklər ziyanlıdır. Əslində duz insan üçün çox həyati vacibdir, sutkada bir çay qaşığının yarısı qədər qəbul oluna bilər.
Təbiətdə belə bir fakt var ki, dağ maralları 2-3 gün yol gedir ki, duzlaqlarda daş duzu yalayaraq, orqanizmi qışa hazırlasınlar.
Həkim Fereydunun kitabında qeyd olunan bu metodu günü sabahdan sınamağa başlayın:
1.Hər gün bədən çəkinizə uyğun miqdarda su qəbul edin. Hər 1 kq çəkiyə 30 ml su lazımdır. Yəni 70 kq çəkisi olan normal insan 2100 ml su tükətməlidir.
2. Səhər 1 stəkan su içdikdən sonra dilinizin altına bir iki duz kristalı ( daş duz) qoyun.
İnsan hüceyrələri arasındakı su tərkibinə görə dəniz suyu kimidir, yəni duzludur.
Duzu suda həll edib içməyin. Bu məhlul bağırsaqlarda sovrulmur.
3.Əgər siz xəstəsinizsə, bu metodu etdiyiniz ərəfədə kofein tərkibli içkilər, alkoqol, qara çay, qazlı içki, şirin içkiləri qəbul etməyin.
100 ml çay 130 ml sidik ifrazına səbəb olur. Bu isə orqanizmin susuzlaşması deməkdir. İnsanın bütün ömrü qurumaqla keçir. Hüceyrələr susuzluqdan gəbərir, siqnal verir. Gah öskürürük, gah qaşınırıq, gah baş ağrıyır, gah şəkər qalxır. Bunlar hamısı su çatışmamasındandır.
Su yeməkdən 1 saat əvvəl və 2 saat sonra vaxtlarda içilməlidir. Sonuncu stəkan yuxudan əvvəl qəbul olunmalıdır.
Həkim Fereydun yazır: Mən ideal sxemi tapmışam. Sutkada 10 stəkan suya yarım çay qaşığı duz bəs edir. Yəni 3 qram. Bu 3 qramı bölüb gün boyu hər su içəndə qəbul edə bilərsiz.
İnsan yatanda orqanizm daha çox su sərf edir. Ona görə yuxudan oyanan kimi 1 stəkan su içilməlidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar