Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dövlət hesabına 1000 xəstə üzərində əməliyyat aparıldı

Baxılıb: 610     Tarix: 01-01-2019 15:21   
2018-ci ildə dövlət hesabına 246-sı uşaq olmaqla, 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub. 1686 angioqrafiya müayinəsi aparılıb və 633 angioplastika əməliyyatı həyata keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Şöbə müdiri bildirib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaq üzərində uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə, 2018-ci ildə 280 mindən çox xəstə üzərində müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.
Qeyd olunub ki, maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar