Qarın yağmaması xəstəlikləri artırır? - Professor açıqladı
Baxılıb: 735 Tarix: 18-01-2019 16:40

Qar havada və quruda olan zərərli mikrobları məhv etməklə yanaşı, torpaqdakı kalsium, dəmir kimi mineralları həll edərək, bitkilərin qidalanmasını təmin edir. Qar əridikdə tərkibindəki ammonyak torpağa hopur, bu isə bitkilərin azot ehtiyacını qarşılayır.
Əksər mütəxəssislər bildirirlər ki, şimal ölkələrində yaşayan insanların sağlam olmasına səbəb qış aylarında oraya qarın çox yağmasıdır. Mütəxəssislər isti ölkələrdə, xüsusilə Afrika qitəsində xəstəlik və müxtəlif virusların daha çox yayılmasını sözügedən yerlərə qarın düşməməsi ilə əlaqələndirirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da soyuqdəymə, qrip kimi xəstəliklərin yayılmasının əsas səbəbini qarın yağmaması ilə izah edir. Bu barədə Qanunvehedef.az-a danışan professor bildirib ki, qarın yağmamasına, qışın öz xarakterinə uyğun keçməməsinə görə insanlar müxtəlif problemlər yaşayır:
“Son illər həm qlobal istiləşmə, həm də kainatda gedən proseslərlə bağlı ayrı-ayrı yerlərdə iqlim dəyişiklikləri müşahidə edilir. Fəsillər də iqlimə uyğun getmir. Belə olan halda müxtəlif xəstəliklərin baş qaldırması təbiidir. Son vaxtlar qrip, soyuqdəymə kimi xəstəliklərin artmasına səbəb qarın yağmaması, havanın iqlim normasına uyğun olmaması, bir gün isti, bir gün soyuq olduğu üçün insanların geyimlərini düzgün seçə bilməməsidir”.
Ən çox oxunanlar
Son xəbərlər