Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı – Səbəb

Baxılıb: 804     Tarix: 21-01-2019 12:21   

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.
Bu barədə Trend-ə Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.
Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.
2018-ci ilin ikinci yarımilliyi ərzində Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb. Bu siqnal üzrə araşdırmaların davam etdiyi müddətdə həmin dərman vasitələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışı qadağan edilib.
2018-ci ilin ikinci yarımilliyi ərzində Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 16270 sayda (il ərzində 31886 sayda) dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar