Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nigar Mehdiyeva - Peşəkar həkim

Baxılıb: 4 680     Tarix: 07-02-2019 10:40   

                                          

    Bəşəriyyətin rövnəqi olan insan və onun son dövrlər qarşılaşdığı və əlacında müşküllüklər olduğu güman edilən xəstəliklərdən biri və demək olar ki birincisi onkoloji xəstəliklərdir. Bu xəstəliklərdən əzab çəkənlər müayinə və müalicə olunmaq üçün Peşəkar,öz ixtisasını dərindən bilən və elmi – bilikləri ilə xalqın sağlamlığı keşiyində dəyanətlə dayanan həkimi sorağında ikən ən təcrübəli həkimlərdən biri olan Nigar xanım Mehdiyeva haqqında eşidir və ondan imdad diləyirlər.Həkim Mehdiyeva Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru  Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri vəzifəsində uğurla çalışır.

   Haşiyə: Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakı şəhərində anadan olub.1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra
Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirmiş, 2002-2004 cü illərdə isə N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb. 2006-ci ildə Onkoloji kafedranın asissenti, 2010-cu ildən isə dosent adını alıb.Bu yaxınlarda isə Moskvada N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını almaq üzrədir. Süd Vəzi Onkologiyası üzrə aparıcı mütəxəssis olaraq ,  hal hazırda II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri , həkim onkoloq kimi fəaliyyət göstərir.  
  Həkim – onkoloq Nigar xanımın nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Nigar xanım Mehdiyevanın məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Hətta uzun illər aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun halda redaksiyamıza minnətdarlıq, dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər. Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq,əzmlə çalışan böyük ehtiram sahibi həkim – onkoloq Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri,  həkim- onkoloq Nigar xanım Mehdiyevaya Təşəkkürümüzü bildirərək; 

   Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar