Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Zaur Əliyev-Qızıl Əllər

Baxılıb: 2 453     Tarix: 05-02-2019 01:53   

Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf gün – gündən sürətlənməkdədir. Həkimlər, alimlər elmi – bilikləri peşəkarlığı ilə xalqın sağlamlığı naminə əzmlə çalışdıqca əhali daha yüksək ruhla Vətənimizin çiçəklənməsi naminə təhsil – elm yoluna əmək sərf edərək yaşayış səviyyəsini yüksəldir. Atalardan belə bir müdrik kəlam vardır: İnsanın hansı əzasında nasazlıq – ağrı yaranarsa elə bilər ki, ruhu – canı həmin yerdədir”.
Diş ağrısı və dişlərlə, ağız boşluğu, çənə ilə bağlı problemlərin həlli ilə həkim – stomatoloqlar məşğul olur. Haqqında söz açdığımız hörmətli şəxsiyyət  Zaur Əliyev ixtisasca həkim – stomatoloqdur və onun təqdirəlayiq xidmətləri qarşısında xalq arasında bu həkim –Qızıl Əllər-adı qazanmışdır. Çünki, ona müraciət edən xəstələr deyir: - Hələ Zaur həkim müalicəyə başlamamış insan sanki ağrılarını unudur.
Odur ki, onu əli şəfalı, Qızıl Əllər sahibi olan həkim kimi tanıyırıq. Bakı şəhərində səviyyəli Səhiyyə müəssisəsi kimi tanınan VİP DENTAL Klinikasının baş həkimi vəzifəsində uğurla çalışan həkim – stomatoloq Zaur Əliyevin qəbuluna üz tutanların hər biri onun çox peşəkar, savadlı,diqqətli və məsuliyyətli həkim olduğundan ürəklə söz açır. Hörmətli həkim. Mən uzun müddət idi ki, dişimdə olan ağrılardan  gecələr yata bilmirdim. Çox həkimlərə müraciət etmişdim, ancaq istədiyim nəticə alınmırdı. Sonda VİP Dental Klinikasının baş həkimi Zaur Əliyevə müraciət etdim. Həkim mənə  – itirilmiş dişlərin yerini bərpa etmək üçün yerə bərpa ediləcək dişin kökünü əvəz edən süni diş kökü- yəni İmplant dişlər haqqında məlumat verdi.  Özəlliyini də onunla izah etdi ki, implantasiya əməliyyatı zamanı digər konstruksiyalarda olan digər dişlərin zədələnməsi kimi çətinliklər yaranmır və yalnız diş əksikliyi olan nahiyədə əməliyyat keçirilərək diş əkilir. Digər özəlliklərindən biri də budur ki, implantlar stomatalogiyanın digər sahələrində də istifadə olunur. Məsələn, mini-implantlar, çıxan protezlərin ağız boşluğunda yaratdığı problemləri aradan qaldırmaq və ya birdəfəlik protezi ləğv etmək kimi prosedurlarda implant əməliyyatından istifadə edilir.
Həkimin müalicəsindən sonra mən gecələr rahat yatmağa başladım.
Mənim üçün böyük şərəf olardı ki, mənim təşəkkürümü Zaur həkimə bildirəsiniz.
Uzun illərdir ki, öz peşəsinin ustadı olan Zaur Əliyev müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim,təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – stomatoloq sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O Təltif həkim Zaur Əliyevin xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır. Biz də,yüz il yaşa həkim Zaur Əliyev, sizə sağlamlıq və nailiyyətlər  arzulayırıq.

Zaur həkim, Sizə təşəkkür etməyi özümə borc bilən:
Hörmətlə Telman Baxışov
                       
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər